İSFA Green Life
2015-ci ildən fəaliyyət göstərən İSFA Azərbaycanın ən böyük “Fermerlərə xidmət mərkəzi” olaraq kənd təsərrüfatı sahəsində hər növ xidməti göstərməkdədir. İSFA-nin missiyası müştərilərə düzgün seçim üçün yardım etmək və onların müasir, keyfiyyətli, sağlam meyvə bağlarına sahib olmalarıdır. “Fermerlərə xidmət mərkəzi” olaraq aşağıdakı xidmətlər fermerlərə təklif edilir:
Nailiyyətlərimiz
Daimi keyfiyyət və peşakarlığına görə İSFA bir çox nailiyyət və uğurlara imza atmışdır. 2020-ci ildə “Yevlax-Aqropark” layihəsinin ilk rezidenti olmuş və burada həm tingçiliyin yaradılması, həm də ticari məqsədli meyvə bağlarının salınması üçün ilk haqqı qazanmışdır. Daha sonra isə 2022-ci il 11 oktyabr ayında kənd təsərrüfatı sahəsində cənab prezident tərəfindən imzalanan “Azərbaycan-Qırğızıstan” müqaviləsində mühüm rol oynamışdır. Bununla yanaşı İSFA, 2023-cü ildə göstərdiyi səylər və xidmətlər nəticəsində "Number One Awards", "Gold Star Azerbaijan", "Altın Palmiye" və “Qızıl Əllər Milli Mükafatı” mükafatları ilə təltif olundu.
Meyvə Tinglərinin Satışı
İSFA-nın ilkin xidməti on səkkiz növ meyvənin yüz iyirmidən çox çeşidinin tinglərinin açıq köklü və dibçəkdə satışıdır. İSFA illərdir İspaniya, İtaliya, Fransa, ABŞ və Türkiyənin öz yerli meyvə çeşidlərinin tinglərini gətirərək satışını həyata keçirirdi. 2020-ci ildən etibarən isə Azərbaycanın Qusar rayonunda, 2022-ci ildən isə Yevlax rayonunda “Yevlax-Aqropark” layihəsi çərçivəsində yeni növ meyvə tinglərinin yetişdirilməyinə başlandı. Xüsusi olaraq labaratoriyalardan alınmış müasir calaqaltılara calaq edilmiş tinglərin çeşidinə və sağlamlığına tam zəmanət verilir. Zəmanət müqavilə ilə təsdiq olunur və tinglərin İSFA-dan asılı olan səbəblərdən quruması halında tinglər yeniləri ilə əvəz olunur. Bununla birgə İSFA tingləri, “Aqrar Sığorta” tərəfindən sığortalanaraq hər iki tərəfdən də asılı olmayan səbəblərə görə (təbii fəlakətlər, heyvanlar və ya üçüncü bir şəxs tərəfindən vurulan zərər, və s.) baş verən itkilərdə, tinglərinin yeniləri ilə əvəz olunması təmin olunmuşdur.
Bağların Salınması və Aqro-texniki xidmət
İSFA öz xidmətlərindən bir digərini məhz fermerlərə bağların qurulmasında yardım etmək üçün təyin etmişdir. Azərbaycanın 20-dən çox rayon və bölgələrində bağlar quraraq təcrübə qazanmış İSFA fermerlərin istəklərinə uyğun yüksək standartlarda bağların qurulmasını həyata keçirir. Bununla yanaşı, yeni qurulmuş və ya hazır bağlar üçün Aro-texniki qulluq xidmətini də əldə etmək mümkündür. Burada bağların vəziyyətini dəyərləndirilərək mövsümi və ya illik dərmanlama-gübrələmə proqramları hazırlanacaq, texniki cəhətdən yardım olunacaqdır.
Dərman və Gübrə Satışı
Məhsuldar bağlar üçün önəmli amillərdən biri də gübrə və dərman istifadəsidir. İSFA fermerlərə bu xidməti də təklif edir. Yüksək təsir gücü ilə fərqlənən İsrail, Hollandiya, Türkiyə, Rusiya məhsullarının pərakəndə və topdan satışını təşkil edən İSFA aqronom məsləhəti ilə bağınıza və cibinizə ən uyğun seçimdə sizə dəstək olacaqdır.
Damlama-Suvarma Sistemləri
Keyfiyyətli və yüksək verimli bağların əsas xüsusiyyətlərindən biri də damlama-suvarma sistemləridir. Özünün təcrübəli mühəndisləri və “Lawara”, “Acarmaksan”, “Netafim”, “Pimtaş”, “Suntream” kimi məşhur şirkətlərlə birgə işləyən İSFA həm bağların qurulması sırasında, həm də hazır bağlarda yüksək keyfiyyətli damlama-suvarma sistemlərinin pərakəndə və topdan satışını və quraşdırılmasını təklif edir.
Kənd Təsərrüfat Texnikalarının Satışı
Bağların qurulması və aqro-texniki qulluq zamanı kənd təsərrüfatı texnikalarına olan tələbatınız da İSFA tərəfindən qarşılanır. Türkiyənin “Kadıoğlu”, “Tekinmak”, “Ertanlar” kimi məşhur şirkətlərinin keyfiyyətli kənd təsərrüfatı texnikalarının satışını 40% dövlət güzəşti ilə əldə etmək mümkündür. Fermerlər ikinci ödəmə üsulu kimi 20% ilkin ödəniş və dəyərin qalanını lizinq xidmətindən istifadə edə bilərlər.
Qoz və Badam Emalı Texnikaları
İSFA ölkəmizdə qoz və badam istehsalına dəstək vermək üçün Türkiyənin “Kadıoğlu” şirkətinin qoz və badam emalı texnikalarının da satışını həyata keçirir. Kiçik həcmli texnikalardan böyük bağların tələbatını təmamilə qarşılayacaq həcmə sahib bütün qoz və badam emalı texnikalarının(Yaşıl qabığının soyulması, qurudulması, çeşidlənməsi, qabıqların sındırılaraq təmizlənməsi və s.) 40% dövlət güzəşti ilə satışını həyata keçirir.